Qışda dənizdə çimən uşaqlar FOTOLAR

Qışda dənizdə çimən uşaqlar FOTOLAR

Azyaşlı uşağların qarlı qış havasında soyuğa güc gələrək Xəzər dənizində çimdiyini görmüşdünüzmü? Əlbəttə yox. Gecə saatlarında ata və övladları 5-6 saat ərzində dənizdə çimir. Nabran çimərliklərində "dincələn" bir ailəni SİA-nın Şimal bürosunun müxbiri Emin Kərimov fotokameranın yaddaşına köçürüb.

Soyuq qış ayında İsgəndərovlar ailəsinin azyaşlı 2 oğlu və bir qızı soyuğa güc gələrək Xəzər dənizində çimirlər. Onlar çimməmişdən əvvəl dəniz qırağında qaçır, qaça-qaça idman hərəkəti edirlər.

Azyaşlıların ataları 52 yaşlı Süleyman İsgəndərov, böyük oğlu 7 yaşlı İsgəndər İsgəndərov, qızı 5 yaşlı Dəniz İsgəndərova və kiçik oğlu 4 yaşlı Qədir İsgəndərov qarlı havada soyuqdan qorxmayaraq, buz kimi suya girərlər və bundan çəkinmədiklərini bildirirlər.

Balacalar İsgəndər, Dəniz və Qədir soyuqda dənizdə o tərəf bu tərəf qaçır, soyuğun onlara heç təsir etmədiyini deyirlər. Balaca isgəndərdən bir qədər kiçiyi Dəniz deyir ki, soyuqdan qorxmur, ona görə də hər həftə soyuqlu havada çimir. Ona soyuğun təsir etmədiyini deyir. Bacı və qardaşından bir qədər kiçik "tənbəl" Qədir isə deyir ki, arada soyuq olur, ancaq mən də çimməkdən qorxmuram. Onlar kimi çimir və soyuq dənizin ləzzətini alıram.

52 yaşlı Süleyman İsgəndərov yoldaşı İlahə Səmədovla 2004-cü ildə ailə həyatı qurub. Süleyman azərbaycanlı olsa da Rusiya vətəndaşıdır. Cavan yaşlarında Sumqayıt şəhərində ailə həyatı qurub. Ancaq hal-hazırda Xaçmazın Üçgün kəndində yaşayır və tanınmış avtomobil ustasıdır. Uşaqları kimi Süleyman da qış ayında suda çimməyi adi hal sayır. Uşaqlarını 5-6 aylığından sonra evdə soyuq suda çimizdirib. Ən böyük oğlu 7 yaşlı İsgəndəri anadan olandan 41 gun sonra soyuq suda çimizdirib. Süleyman indi onları hər həftə dəniz qırağına gətirir və çimizdirir.

Hər həftə uşaqlarını yığaraq axşamçağı dəniz qırağına gələn və 5-6 saat dənizdə çimizdirən Süleyman deyir ki, onlara heç bir xəstəlik təsir etmir. İndiyə kimi heç bir xəstəliyə görə həkimə müraciət etməyiblər. Bircə peyvənd vurulmaqdan başqa.

Süleyman İsgəndərov həm də digər sürücülərdən fərqlidir, o avtomobilini həmişə çılpaq idarə edir, istər gündüz, istər gecə o buna vərdişdir.

Emin Kərimov. Xaçmaz

Bütün xəbərlər Facebook səhifəmizdə