160 milyon dollarlıq cehiz

Çində şirkət sahibi Vu Duanbiao qızına toy hədiyyəsi olaraq 160 milyon dollarlıq cehiz alıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, zəngin çinlinın qızının toyu 8 gün davam edib.

Atanın aldığı hədiyyələr arasında 4 qutu qızıl, "Mercedes" və "Porsche" markalı 2 avtomobil, 3 milyon dollar dəyərində bank hesabı, 16 milyon dollarlıq səhm, villa və mağazalar var.

Bundan başqa, Duanbiao qızı üçün xeyriyyə cəmiyyətinə 10 milyon dollar verib.

Qeyd edək ki, son zamanlar Çində varlılar arasında "milyonluq cehizlər" dəb halını alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə