Ölümlərini “kəşf edənlər”

Ölümlərini “kəşf edənlər”

Dünyada bir çox insanlar məhz kəşfləri ilə məşhur olub. Bir çoxları hər zaman nə isə kəşf etmə istəyi ilə yaşayıblar. Ancaq bəziləri var ki, kəşfləri insanlara fayda versə də, özlərinin ölümünə səbəb olub:

1. Mariya Küri – kimyaçı

İki dəfə Nobel mükafatını qazanan ilk qadın olan Küri də öz ixtirasının qurbanı olub. Çox yüksək radioaktivliyə malik radium və polonium elementlərini kəşf edən Küri I Dünya Müharibəsində yaralı əsgərləri müalicə etmək məqsədilə radiumdan alınan radon qazından istifadə edib. Ömrünün böyük hissəsini radioaktiv elementlərin içində keçirən Kürinin sağlamlığı getdikcə pozulub. Küri 4 iyul 1934-cü ildə 66 yaşında anemiyadan dünyasını dəyişib.

2. Tomas Endrüs - memar

İrland Tomas Endrüs mindən çox insanın ölümünə səbəb olan "Titanik" gəmisinin memarlarından biri olub. Endrüs da həmin gəminin sərnişinləri kimi Atlantik okeanının dibinə yuvarlanıb.

3. Horas Louson Hanli – hərbçi

Konfederasiya ordusunda hüquqşünas və dəniz mühəndisi kimi fəaliyyət göstərən Hanli ABŞ Vətəndaş Müharibəsində sualtı qayıq ixtirası ilə məşhurlaşıb. Sualtı qayıqla ilk səfərində 9 nəfərlik heyətin 5 nəfəri dünyasını dəyişib. Daha bir sınaqda özü də içində olmaqla bütün heyət həyatını itirib.

4. Aleksandr Boqdanov – həkim

Boqdanovun adı bəlkə çoxuna yaddır, ancaq kəşf etdiyi müalicə üsulu haqqında hamı məlumatlıdır: qan köçürməsi. İqtisadçı, professor, həkim Boqdanov gəncləşmək eşqi ilə bir neçə dəfə özünə qan köçürüb. 11 dəfə uğur qazana bilən həkim 12-ci dəfə uğursuzluğa düçar olub. Həkimlər onun infeksiyalı, yaxud uyğun olmayan qan istifadə etdiyi üçün öldüyünü deyirlər.

5. Uilyam Ballok – naşir

1863-cü ildə fırlanan çap maşınını kəşf edən Uilyam Ballok bir gün təsadüfən xarab olan maşına əsəbiləşərək onu təpikləyib. Belə bir versiyada var ki, bilməyərəkdən ayağı maşının harasınasa ilişib. Ayağı infeksiyaya yoluxub və o, bir müddət sonra qanqrendən dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə