Bunları hər kəs öz mətbəxində saxlamalıdır
Düzgün qidalanma insan həyatında mühüm şərtdir. Bir sıra qidalar var ki, bunlar piylənmənin qarşısını alır, maddələr mübadiləsini gücləndirir. Mütəxəssislər hesab edirlər ki, arıqlamaya qərar verən insanlar mütləq öz mətbəxlərində bu qidaları saxlamalıdırlar.
Türkiyə mətbuatına istinadən bu qidaları sizə təqdim edirik.
Yaşıl çay
Araşdırmalar göstərir ki, ardıcıl alaraq yaşıl çay içən insanlar içməyənlərə nisbətən piylənməyə 45% daha az meylli olurlar. Yaşıl çay iştahı kəsməsə də, hər gün bir fincan yaşıl çay içən insanlarda piylənmə və artıq çəki alma riski azalır.
Qırmızı bibər
Acı sevən insanlar acı sevməyənlərlə müqaisədə daha şanslıdırlar. Acı bibərin tərkibində olan kapsaisin maddəsi insanda metobolizmanı sürətləndirir və bədənin hərarətini yüksəldərək enerji sərf etməyə səbəb olur. Əgər mədədə bir problem yoxdursa, yeməklərə qırmızı bibər əlavə etmək çox faydalıdır.
Vitamin C, xüsusən də Kivi
Bu vitamin də yağ əritmə xüsusiyyətinə malikdir. Bir çox heyvan və bitkilər C vitaminini özləri sintez etsələr də, insan bu vitamini xarici mühitdən alır. Lakin buna görə pul verib əczaxanalardan vitamin almağa dəyməz. C vitamini ən çox kivinin tərkibində var.
100 qr kivinin tərkibində 400 mq-a qədər C vitamini var. Kividə naringidən 4-6, almadan 40-50 dəfə artıq C vitamini var. Hər gün bir adamın C olan tələbatı 60 mq olduğundan hər gün 1 ədəd kivi yemək bu ehtiyacı ödəyə bilər.
Su
Həyat qaynağı olan su oksigendən sonra insanın ən önəmli ehtiyacıdır. İnsan yemək yemədən həftələrlə yaşaya bilsə də, susuz yalnız bir-neçə gün yaşaya bilər. İnsan bədəninin 65%-i, qanın 92%-i, sümüyün 22%-i, beyinin 75%-i sudan təşkil olunub. Hüceyrələrin həyat fəaliyyəti suyun sayəsində mümkün olur. Su, piylənməyə və çəki artımına yaxşı təsir edir. Buna görə də, arıqlamaq istəyən hər kəs gündə azı 2,5 litr su içməlidir.
Yulaf
Yulaf unundan bişirilən qidalar insanı uzun müddət tox saxlaya bilir. Qanda şəkəri çox yavaş artırdığına görə, iştahı azaldır, gec acmaya səbəb olur. Həm də bağırsaqların yaxşı işləməsinə yardım edir. Qəbizlikdən əziyyət çəkən insanlar mütləq yulaf unundan hazırlanmış qidalar yeməlidirlər.
Ağ kələm
Bu da çox faydalı tərəvəzdir. "Məni öz çəkim qane edir" deyənlər belə heç olmasa həftədə bir gün kələm yeməlidirlər. Lakin təkcə kələmlə qidalanmanı mütəxəssislər düzgün hesab etmirlər.
Balqabaq
Piylənmə ilə mübarizədə balqabağın da çox böyük təsiri var. Bu bitkinin tərkibində kalium, kalsium, maqnezium, fosfor, sodium və dəmir elementləri var. Bu bitkini salatların tərkibində də istifadə etmək olar.
Südlü qəhvə
Arıqlamaq istəyənlər mütləq öz gündəlik qida rasionuna südlü qəhvəni də əlavə etməlidirlər. Bu arıqlamaq üçün yaxşı vasitə hesab olunur. Hərdən bir qəhvə içdikdə, bu insanı uzun zaman tox tuta bilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB