Dünyanın ən məşhur universitetlərindən biri Oksfordda təhsil alan 58 yaşlı qadın cəmiyyətdən kənarda, meşədə yaşayır. SIA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Emma Orbax 13 ildən bəri meşədəki daxmasında yaşayır.
Daxma ağac budaqlarından tikilib, damına da ot örtülüb. Orbaxın daxmasında çağdaş texnologiyalardan əsər-əlamət yoxdur. Oksford Universitetinin ən istedadlı tələbələrindən olmuş Emmanı "Britaniya elminin gələcəyi" adlandırırdılar. O isə indi daxmasında həyatından həzz alaraq yaşadığını, insanlardan uzaq olduğunu deyir. Emmanın 20-30 yaşlı övladları London, Bristol və Braytonda yaşayırlar. Onlar analarının yanına qonaq gələndə Orbax övladlarına: "Evimə girəndə noutbuk və ya telefonla daxil olmayın", - deyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB