Gözündən 13 santimetrlik soxulcan çıxarıldı

Gözündən 13 santimetrlik soxulcan çıxarıldı

Hindistanlı adamın gözündən 13 santimetr uzunluğunda soxulcan çıxarılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 75 yaşlı P.K.Krishnamurthy iki həftə davam edən gözündəki qaşıntı və qızarmadan sonra həkimə müraciət edib.

75 yaşlı kişini müayinə edən həkim xəstənin göz qapağının içərisindəki pərdədə 13 santimetrlik soxulcanın hərəkət etdiyini görərək dərhal əməliyyata alıb. 15 dəqiqə davam edən əməliyyatdan sonra xəstə soxulcandan xilas olub. Həkim 30 illik peşə həyatında ilk dəfə belə hadisəylə rastlaşdığını etiraf edib.

Qeyd edək ki, 75 yaşlı xəstənin gözündəki soxulcan ayağındakı yaradan və ya yaxşı bişməmiş çiy qidadan bədəninə daxil olub və qanla hərəkət edərək gözə qədər çata bilib. Həkimlərin dediyinə görə, soxulcan gözdən çıxarılmasaydı daha da dərinə gedərək gözün görməməsinə səbəb ola bilərmiş. Hətta beyinə çataraq böyük nevroloji problemlərə yol aça biləcəyini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə