Psixoloqlar insan orqanizmi üçün ağlamağın həyati əhəmiyyət daşıdığını deyirlər. SİA-nın vrach.tv saytına istinadən verdiyi məlumata görə, ağlamaq insan orqanizminin stresdən, əsəbdən, qəzəbdən, həyəcan və təşvişdən xilas olması üçün özünəməxsus "qapaq" sayılır. Alimlər müəyyənləşdirib ki, həyatda az ağlayan insanlar daha tez xəstələnir və daha tez ölür. Bu, ilk növbədə kişilərə aiddir.
Tədqiqatçılar bildirir ki, oğlan uşaqlarını kiçik yaşlarından "kişi ağlamaz", "kişinin ağlaması ayıbdır" kimi fikirlərlə böyütmək düzgün deyil.
Araşdırma göstərib ki, göz yaşının tərkibində antibakterial maddələr var. Onlar insanın infeksiyaya yoluxmasını əngəlləyir, orqanizmin müqavimət gücünü artırır, eyni zamanda insanı sakitləşdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə