Üzən yolka da var imiş..

Braziliyanın Rio De Janeyro şəhərində dünyanın ən böyük üzən yolka ağacı ucaldılıb. SİA-nın "Huffington post"-a istinadən verdiyi xəbərə görə, yolka ağacı Rodriqo de Freytas gölməçəsində hazırlanıb.

Onun hündürlüyü 85 metr, çəkisi isə 542 tondur. 11nəhəng platforma üzərində ucaldılmış yolka ağacı "Bradesco Seguro" adlı sığorta şirkəti tərəfindən hazırlanıb. Şirkətin bildirdiyinə görə, ağacın su üzərindəki ən böyük yolka ağacı olması Ginnesin Rekordlar Kitabı tərəfindən də rəsmi şəkildə təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə