Meksikda sualtı Santa-Klaus meydana gəlib

Meksikda sualtı Santa-Klaus meydana gəlib

Meksikanın Qvadalaxara şəhərinin zooparkında qeyri-adi tamaşa müşahidə etmək olar. SİA xarici mətbuata istinadən xəbər verir ki, burada sualtı Santa-Klaus meydana gəlib.

Sualtı milad sehirbazı quru mühitdəkindən heç nə ilə fərqlənmir. O da, qırmızı kürk və saqqal geyinir. Ancaq onu balıqlar və molyusklar müşayiət edirlər. Akvariumda olan Santa bütün istəyənlərlə şəkil çəkdirir və balaca qonaqlara böyük sevinc bəxş edir.

Bütün xəbərlər Facebook səhifəmizdə