Bayram süfrələri bir neçə ləziz dadı birləşdirən ziyafətdir, xüsusilə Yeni il süfrəsi! Yeni ilə sağlam daxil olmaq üçün mütləq nəyi necə yediyimizə fikir verməliyik. Çalışın, bayramda yemək seçiminə ağılla yanaşın və süfrədəki hər şeyi qabınıza doldurmağa cəhd etməyin. Əks halda, mədə və qarında ağırlıq hiss edə bilərsiniz. Bilin ki, Yeni il gecəsi uzundur və siz çox şeyin dadına yavaş-yavaş baxa bilərsiniz.
Unutmayın ki, Yeni il gecəsi sizin üçün nə qədər önəmli olsa da, orqanizminiz üçün bunun fərqi yoxdur. Əgər pəhriz saxlayırsınızsa "bir günlə heç nə olmaz" fikrini ağlınızdan çıxarın. Bayram günü həddindən artıq yemək orqanizmdə daha ciddi fəsadlara yol aça bilər. Yeməyi asta-asta çeynəyərək tələsmədən yeyin.
İlk olaraq yeməyə mədənizi yormayacaq şəkildə az miqdarda şorba ilə başlayın. Daha sonra salat, zeytun kimi yüngül qidalar seçin. Əsas yeməkdə xüsusilə ət qidalarında çox yağdan mümkün olduğu qədər uzaq durun. Qızartmanı çox sevsəniz belə ondan çox istifadə etməməyə çalışın. Süfrədə su səviyyəsi yüksək, şəkəri az olan meyvə, tərəvəzlər olsun.
Bayram günlərini şirniyyatsız təsəvvür etmək olmaz. Yəqin ki, çoxlarının evində həmin gün bir neçə növdə şirniyyat süfrəni bəzəyəcək. Amma çalışın şirniyyatı yeməkdən bir necə saat sonra qəbul edin. Atəşlə barıtı, yəni spirtli içki ilə qırmızı əti bir araya gətirməyin. Hər ikisinin toksik təsiri yüksəkdir. Onlar birlikdə qaraciyəri çox yora bilər.
Spirtli içki qəbul etməyi düşünürsünüzsə 1-2 qədəhi keçməyin. Ertəsi gün isə mütləq bol su için. Su içkinin mənfi təsirlərini aradan qaldırmağa kömək edəcək. Elə bayram günü də gec saata qədər oyaq qalacaq və süfrə başında olacaqsınızsa, gündəlik su qəbulunu 1 litrə kimi artırın. Amma bu suyu bir dəfəyə deyil, qurtum-qurtum için.
Yadda saxlayın ki, bayram süfrəsində qəbul edilən qeyri-standart, vaxtı keçmiş qida, eləcə də normadan çox yemək sizin istirahət günlərini xəstə yatağında keçirməyinizə, hətta ölümünüzə belə yol aça bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB