Azərbaycanın ən yaslı nənəsi 113 yaslı Saat nənə

Azərbaycanın ən yaslı nənəsi 113 yaslı Saat nənə

Şimal bölgəsinin ən yaşlı nənəsi.

2013-ilin 113 yaşlı nənəsi.

Ermənilərin Azərbaycanlılara qarşı törətdikləri vəhşi qırğınlarının yeganə şahidi Saat Əhmədova

2013 cü ildə Qubanın Digah kənd sakini olan Saat Əhmədovanın, yəni bu nənənin 113 yaşı tamam olacaq. Yeni il ərəfəsində Qusar büromuzun əməkdaşları bölgədə yaşayan ən uzun ömürlü qadınla görüşüblər.

Bu Qubanın Digah kəndində yaşayan, rayonun ən uzun ömürlü sakini Saat Əhmədovadır. Oğlu Murtuzun ailəsiylə eyni binada yaşayan Saat nənə evin 2 ci mərtəbəsində tək qalır. 72 yaşlı oğlunun sözlərinə görə yaşı 100 ü çoxdan keçmiş Saat nənə əsasən südlü və xəmir xörəikləriylə qidalanır və evdə kimsənin köməyindən istifadə etmir.

Oğlu Murtuz Ağabalayev deyir: "Özü istəyən kimi bişirir. Hələ ki, kiminsə köməyinə o qədər ehtiyacı yoxdur. Bütün işləri özü görür".

İlsonu yerli bələdiyyə sədri ilə baş çəkdiyimiz Saat nənəni məşğul gördük. Ev işlərini özü görürdü. Hətta bayram sürfəsi üçün qoz-fındıq sındırmaqıda hec kimə həvalə etmirdi.

Digah kənd bələdiyyəsinin sədri kəndin ən qocaman sakininə vaxtaşırı baş çəkdiyini deyir.

Qızxanım Həmzəyeva Digah kənd bələdiyyəsinin sədri deyir ki, Saat nənə çox yaşlı nənədir. O ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın yaddaşlara yazılan qanlı hadisələrinin də yadigarıdır.

Digah kənd bələdiyyəsinin sədri Qızxanım Həmzəyeva: "O təmənnasızdır. Heç kimdən, heç bir təmənna güdmür. Hər dəfə də ona nə lazımdırsa köməklik göstərilir".

Yaddaşı da saat kimi işliyən Saat Əhmədova Sovet dövründə kəndəki savxozda müxtəlif təsərrüfat işlərində çalışıb. Uzun ömürlü sakin bildirir: "Təsərrüfatda işləmişəm, tərəvəzədə işləmişəm, biçin biçmişəm və gündə 1 hektar biçin biçərdim. O vaxtkı mükafatlar da almışam. Sədr, briqadirlər mənim işimdən razı qalardılar, çörək də yeməyib lap qaranlıq olanda gedərdim 1 hektarı biçib gələrdim.

Evinə getdiyimiz zamanı uzunömürlü qadının evi yenə qonaq qaralı idi. "Qonaq qonağı istəməz ev yiyəsi heç birini", məsəlinə zidd olaraq Saat nənə rayon icra hakimiyyətinin nümayəndəsini də həvəslə qəbul etdi, ona gətirilən hədiyyəni də...

Quba rayon icra başçısının 1-ci müavini Yusif Abidov 100 yaşı çoxdan ötmüş, 3 əsrin yadigarı olan qocaman qadının qayğısına qalmaqı özlərinin borcu olduğunu deyir.

Yusif Abidov: "Onlara qayğı ilə yanaşmaq bizim borcumuzdur. Bunan sonra da biz çalışacayıq ki, onların hamısı ilə yerlərdə görüşlər təşkil edək. Bu, gələcəyimizə olan münasibətdir, xoş münasibətdir. Bu, həm də keçmişimizə olan münasibətdir", deyə bildirib.

Hökümətdən 150 manat pensiya alan Saat nənə pulunu da özü xərcliyir. Hərdən qoltuq cibində saxladığı əmanətini saymağı da unutmur. 1-2 saat qonağı olduğumuz Digah kənd sakini ayrılarkən bizə qoz-fındıq sovqatı verməyi də unutmadı. Sonda eləmədi tənbəllik bizi küçəyə qədər yola saldı da.

Saat nənə: "Təzə iliniz mübarək olsun. Neçə belə bayramlara çatasınız", deməyi də unutmadı.

4 övladı, 24 nəvəsi, 46 nəticəsi, 10 kötükcəsi olan Qubanın ən uzun ömürlü sakininə can sağlıqı arzusuyla....

Emin Kərimov, Quba

Bütün xəbərlər Facebook səhifəmizdə