Dünyanın ən təhlükəli bazarı

Bazarlar ilk baxışda normal görünsə də, ancaq qeyri-adi bazarlar da var. Onlardan biri Taylandda qurulan Maeklong Bazarıdır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu bazarın içindən hər gün 8 dəfə qatar keçir. Bangkokun 55 kilometr qərbində yerləşən Samut Songkhramdaki bazar yeri, şəhərətrafı qatar xəttlərinin üzərinə qurulub. Saatda təxminən 30 kilometr sürətlə hərəkət edən qatar yaxınlaşarkən insanlar dar yolda kənara çəkilir. Bazar təntənələri qaldırılır və qatarın keçməsindən sonra hər şey bir anda normala dönür. Maeklong bazarı, Taylanda gələn turistlər üçün görülə biləcək ən maraqlı yerlərdə biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə