Sənətini icra etmək üçün çox vərdiş etmədiyimiz bir vəsaitdən istifadə edən çinli sənətçi möcüzələr yaradır. Başlanğıcda bir ağac oymaçısı olan Şanxay əyalətində yaşayan Wen Fuliang daha sonra bu sənətini yumurta qabıqları üzərində icra etməyə başlayıb.
Onun sənətini icra etməsi üçün lazım olan vəsait isə qaz, ördək ya da toyuq yumurtalarıdır.Yumurtaların qabıqlarından vəsait olaraq istifadə edən sənətçi onlarla sanki möcüzələr yaradır. Məsələn, Çinin simvolik strukturlarını onların üzərinə işləyərək ölümsüzlüklərini gücləndirir. Eyni zamanda qabıqların üzərinə müxtəlif heyvan fiqurlarını oyaraq işləyir. 10 ildir bu sənətlə məşğul olan Wen Fuliang yumurta qabığına şəkil verərkən elektrik almaz bir alətdən istifadə edir. İstifadə vəsaitinin çox həssas olması səbəbiylə sənətçi çox diqqətli çalışmaq məcburiyyətində olduğunu ifadə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB