Bu yaxınlarda alimlər iki cür qida siyahısı hazırlayıblar. Bu qidalardan biri yorğunluğu artırır, digəri isə, insana güc verir. İnsana güc verən əsas qidalar yulaf, paxla, qoz-fındıq, yağsız yoqurt, günəbaxan tumu, çovdar çörəyi, nabat və şirin kartofdur. Dəmirlə və minerallarla bol olan qidalar isə alma, qarabaşaq, ispanaq, şəkər çuğunduru, brokoli, Brüssel kələmi və banandır.
Yod tərkibli qidalar da insana gümrahlıq bəxş edir. Bunlar dəniz balığı və dəniz kələmidir.
"Yediyimiz hər bir şey əhvalımıza və xarici görünüşümüzə təsir edir. Orqanizm enerjini ilk növbədə qidadan alır", - Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, bu barədə "Эхо" qəzetinə açıqlamasında kosmetologiya mütəxəssisi T.Əhmədova bildirib.
"Meyvələri günortadan sonra, acqarnına yemək məsləhət görülür. Bu zaman həzm prosesi az vaxt aparacaq. Düzgün səhər yeməyi də vacibdir. Səhər vaxtı orqanizmdə şəkərin miqdarı ən az sayda olur. Gecə ərzində orqanizm qlükoza və enerjini həll edir. Əgər səhər kifayət qədər şəkər qəbul olunmasa, insan gün ərzində özünü yorğun hiss edəcək. Səhərlər kofe içmək vərdişindən də daşınmaq lazımdır. Ondan yaxşısı tünd qara çay, ya da şirin yaşıl çay içməkdir. Əslində kofein sayıqlığı azaldır, enerji haqqında illüziya yaradır", - o əlavə edib.
Onun sözlərinə görə, enerjinin çox hissəsini yağlı qidalar aparır. Çox vaxt insanlar yağlı, ağır yeməkdən sonra gücdən düşdüklərini hiss edirlər.
"Heyvan yağı və digər yağlar qanı qatılaşdırır. Bu da yorğunluğun səbəblərindən biridir. Lakin ət məhsullarını rasiondan çıxarmaq da tövsiyə olunmur. Əgər ət yeyirsənsə, mütləq tərəvəz salatı ilə yemək lazımdır", - o qeyd edib.Milli.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB