“Gəzən meyid”
Dünyanın ən arıq qadını

80-ci illərin sonunda ailəsi ilə birlikdə Moskvadan ABŞ-a köçən və 1994-cü ildə "Miss Chicago" seçilən Valeriya Levitina hazırda cəmi 25 kilodur. SİA xarici mətbuata istinadən xəbər verir ki, 1.72 sm boyu olan Rusiya vətəndaşı Levitina daha "gözəl" görünmək üçün pəhrizə başladıqdan sonra anoreksiya xəstəliyinə tutulub.

Tələbəlik illərində məktəbin ən gözəl qızlarından olan Levitinanın Moskvada model olmaq üçün müraciət etdiyi agentlikdən aldığı cavab onun yeməkdən tamamilə imtina etməsinə səbəb olub.

Qızın bu adımı isə ona yeni titul verib- "Gəzən meyid". Levitina artıq işsizdir və onun model fəalliyyətinə tamami ilə son qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə