Stress, dövrümüzün ən aktual problemlərindən biridir. Stress qadına, kişiyə, uşağa, bir sözlə hər kəsə pis təsir edir. Hətta bir çox sağlamlıq problemlərinin yaranmasına da səbəb olur. Məsələn, immunitet sisteminə zərər verərək insanları xəstəliklərə daha tez yoluxmağa gətirib çıxarır. Stress nəticəsində pozulan qan dövranı, damar genişlənmələrinə səbəb olur. Elmi tədqiqatların nəticəsinə görə, uzun müddət stressə məruz qalan qadınların bədənində hüceyrələr daha çox sərbəst zərərli maddələr əmələ gətirir. Bu zərərli maddələr də qadınların yaşlanmasını sürətləndirir. Dərini qocaldır, dəri yaşlanması və qırışlar kimi problemlər yaradır. Dərinin nəm və yağ tarazlığını pozur və allergik xəstəliyə gətirib çıxarır. Stress altında tər vəziləri daha çox çalışır. Saçların tökülməsinə, ya da ağarmasına səbəb olur. Bəzi insanlarda dırnaq və saçların uzanması yavaşlayır. Əsəbləşdiyiniz zaman üz mimikaları dəyişir. Göz, alın və ağız ətrafında sıxılmalar başlayır. Dodaqlar uçuqlayır. Stressdən pozulan qan dövranı, damar genişlənmələrinə gətirib çıxardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB