Kişilər qadınların qarderobunda nələri sevmir?

Kişilər qadınların qarderobunda nələri sevmir?

Müasir xanımların geyim stilində kişilərin əksəriyyəti onların dəb tendensiyalarının arxasınca qaçamalarını sevmirlər. Onlar dəbdə olan yenilik axtarışlarına atılan xanımlara mərhəmətlə baxırlar. Amma onları bütün yüksək qlamurlu qızlar qıcıqlandırır, hansı ki dərhal dəbdə olan yenilikləri özlərində sınayırlar və heç fikirləşmirlər ki, bu onlara şəxsən yaraşacaq, ya yox. Yadda saxlamaq lazımdır ki güclü cinsə xanımın şəxsi stilindən çox onun şəxsiyyətini vurğulayan və çatışmazlıqları gizlədən xasiyyəti daha önəmlidir.

Amma kişilər arasında aparılan konkret araşdırmada onların qadın qarderobunda ən sevmədikləri və yaxud da xoşlamadıqları şeylərlə tanış olacayıq, hansı ki onlar hesab edirlər ki, bu qadının görünüşünü korlayır, onu gülməli və yaxud da yaraşıqsız göstərir.

1. Bizim xüsusi hit-paradımızda ilk yeri orta tikişiylə aşağı endirilmiş "əfqani" formalı şalvarlar kişilərin bəyənmədikləri geyimlər sırasında liderlik edir.

2. Qəribə olsa da ikinci yerdə— böyük eynəkdir. Nədənsə kişilərin bəziləri elə fikirləşir ki qadınlar böyük eynəklər altında göyərmiş gözlərini gizlədirlər.

3. Üçüncü yerdə qədim romalıların sandalları kimi açıq ayaqqabılar durur. Kişilərin əksəriyyətinin fikrincə, qadınlar belə ayaqqabılarda bir az qəddar görünürlər və qladiator döyüşçülərini xatırladırlar.

4. Dördüncü mövqedə — əfsanəvi leqinslər durur. Nədənsə kişilər hesab edirlər ki, qadınlar bu şalvarda qorxunc və ədəbsiz görünürlər.

5. Beşinci yerdə doldurulmuş yubka-fənərlər durur. Kişilər hesab edirlər ki, bu cür donlar qadının bədən formasını eybəcər şəklə salır və onlar bunun dərhal qadın qarderobundan çıxarılmasını istəyirlər.

6. Altıncı mövqeyə güclü cinsi emo stili qıcıqlandırır. Kişilərin fikrincə, bu stildə olan qızlar cazibədar qadından çox cinsiyyətsiz yad planetli varlığa daha çox oxşayırlar

7. Yeddinci pillədə qəribə də olsa qadın kombinezonları durur. Bəzi kişilərin dediyinə görə, qadınlar bu kombinzonlarda yanacaq doldurma məntəqəsinin kraliçalarına daha çox oxşayır.

8. Səkkizinci yerdə, yəqin ki bir çoxlarımızı təəccübləndirəcək bir şey durur- bu qadın çantalarıdır. Qadın çantaları kişilərin xoşuna gəlmir! Əlbəttə ki hamısının deyil. Amma, məsələn, kişilərin əksəriyyəti qadının çantasından uşaq oyuncaqları kimi əşyalar asdıqda çox qıcıqlanırlar. Bundan başqa kişilər böyük çantalar və idman geyiminin altından qlamur çantalar götürən qızlara da qıcıqlanırlar.

9. Doqquzuncu yerdə açıq kürəkli toplar və donlar durur. Məlum olmuşdur ki, kişilər heç də həmin geyimlərdə qadını zərif hesab etmirlər. Əksinə, onlar hesab edirlər ki, belə geyim qadın fiqurasını korlayır.

10. Onuncu yer ən gözlənilməz geyim – şortlar. Güclü cinsin nümayəndələrinin fikirinə görə, qarderobunda bu geyimə üstünlük verən xanımlara demək olar ki bu şortlar yaraşmır. Eyni zamanda bu və bunu kimi istənilən uzunluğa malik şortları da xoşlamırlar. Kişilərin bəzilərinin dediyinə görə, belə şortlar geyinən yüz qızdan, yalnız beşinə bu geyim yaraşa bilər. Başqa bir qrup kişilərin dediyinə görə isə belə şortlar idman üslubuna daha çox oxşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə