Mərhum fermerin qəribə hobbisi

Akseley Erlandson adlı fermerin (1884-1964) maraqlı hobbisi var idi. O, ağacların quruluşlarını dəyişməklə məşğul olurdu. Fermer illərini sərf edərək qarağac, tozağacı, göyrüş ağaclarını dairəvi, ziqzaq, çərçivə və başqa formalarda yetişdirirdi.

Fermerin əsərləri məşhurluq tapandan sonra o, "Tree Circus"u yaratdı, burada onun kəşf etdiyi nümunələr qorunurdu.

Nəticədə onun ölümündən sonra yolunu davam edəcək şəxs tapılmadı. Erlandsonun ölümündən 20 il sonra milyoner Maykl Bonfante onun ağaclarını alaraq Kaliforniyadakı özəl əyləncə parkına yerləşdirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə