Əlillər üçün yeni qurğu

Tayvanlı mühəndislər əlillər üçün qurğu yaradıb

Tayvanın "NCKU" Universitetində əlillərə kömək üçün nəzərdə tutulmuş yeni qurğu hazırlanıb. "I-Transport" adlı model insanı qaldıra, onu bir yerdən digər yerə apara və şaquli vəziyyətdə saxlaya bilər.

Bundan başqa, "i-Transport" istifadəçinin boyuna uyğunlaşa bilir. Qurğu Tayvanın Təhsil Nazirliyinin təşkil etdiyi forumda təqdim edilib.

"i-Transport" insan vəziyyətinə nəzarət etmək üçün daxili sistemlə təchiz edilib. Qurğu, həmçinin avtomatlaşdırılmış əl və idarəetmə pultu ilə təchiz edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə