Xoşbəxt və bədbəxt ölkələr

Ermənistan bədbəxt ölkələr reytinqində 2-ci yerdədir

Dünyada maraqlı bir sorğu keçirilib. Sorğu nəticəsində Dünyanın ən xoşbəxt və bədbəxt ölkələrinin reytinqi tərtib olunub. Reytinq bir qrup alimin 2012-ci il ərzində keçirdiyi sorğunun nəticələri əsasında tərtib olunub. Sorğuda 148 ölkənin əhalisi iştirak edib və sorğu "özünüzü ötən gündən sonra nə qədər istirahət etmiş hiss edirsiniz", "ötən gün sizə hörmətlə yanaşıblar", "ötən gün gülümsəmisinizmi" və "ötən gün siz nə isə yeni bir şey öyrənə bilmisiz" suallarından ibarət olub.

Nəticədə, dünyanın ən şən və qəmli millətləri müəyyənləşib. Reytinqə əsasən, dünyanın ən bədbəxt ölkəsi syahısında Ermənistan ikinci yerdədir.

Yaxın qonşumuz olan Gürcüstan isə 4-cü yerdə qərarlaşıb.

Hətta qeyri-stabil Əfqanıstanda əhali özünü daha xoşbəxt hiss edir. Sorğuda iştirak edənlərin 55%-i onlara verilən 4 sualın hamısına "hə" cavabını verib.

Dünyanın şən və gülərüzlü əhalisi Panamada, ən qəmli və mənfi emosiyalı əhali isə Sinqapurda yaşayır. Belə ki, Sinqapurda sorğuda iştirak etmiş əhalinin yalnız 46%-i suallara müsbət cavab verib, halbuki Panama və Paraqvayda bu göstərici 85%-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə