Windows 8-də böyük şok

Microsoftun böyük ümidlərlə satışa çıxardığı Windows 8-in satışında müəyyən problemlər yaşanır. SİA-nın verdiyi xəbərə görə, bir çox komputer istehlakçıları hələ də köhnə Windows 7-dən istifadə etməyə üstünlük verirlər. Windows 7-yə nəzərən radikal dəyişikliklərin olduğu bu sistem sayəsində istifadəçilər bəzi vərdişlərini aradan qaldırmalıdırlar.

Dünyanın qabaqcıl kompüter istehsalçılarından olan "Asus" və "Acer" Windows 8 ilə bağlı bəzi tənqidlər söylənilib. Eyni zamanda istifadəçilərin bu sistemi mənimsəyə bilmədiklərini bildiriblər. Onlar bildiriblər ki, son dövrə nəzərən kompüter satışlarında eniş yaşanır. Çünki, istifadəçilərin hələ də Windows 7-ni seçdikləri bildirilir. Hal-hazırda ABŞ başda olmaqla bir çox ölkələrdə satışların aşağı səviyyədə olduğu bildirilib.

Yeganə Süleymanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə