Xoşbəxtliyin açarı: qələm və kağız

Xoşbəxtliyin açarı: qələm və kağız

Amerikalı elm adamlarının İspan həmkarlarıyla birlikdə apardıqları araşdırma mənfi və istənməyən düşüncələri yazıb atanların, ruhi olaraq rahatlatdığını göstərdi.

Elm adamı Richard Petty bu nəticənin "axmaqca'' olduğunu, lakin fiziki olaraq düşüncələri ''atmağın'' sağlamlıq üçün xeyirli olduğunu deyib.

Elm adamları mövzunu araşdırmaq üçün 3 təcrübə aparıblar. Kompyuter mühitində aparılan təcrübələrdə 78 ispan lisey şagirdindən düşüncələrini vərəqlərə yazmaqlarını istəyiblər. Daha sonra şagirdlər yazdıqları yazını zibil qutusuna atıblar. Elm adamları: "Düşüncələrini zibil qutusuna atanlar problemlərindən xilas olduğunu dedi''- deyə qeyd ediblər.

Araşdırmaçılar həmçinin müsbət düşüncələrini kağıza yazıb çantasında ya da pul qabında daşıyanların da bundan müsbət istiqamətdə təsirləndiyini ifadə ediblər...

Bütün xəbərlər Facebook səhifəmizdə