Hava limanında striptiz göstərdi

Ukraynalı qadın Livan Hava Limanında striptiz göstərib. SİA-nın məlumatına görə, Rafik əl-Həriri adına aeroportda gözlənilmədən baş verən hadisədə əvvəlcə çaşqın qalan təhlükəsizlik qüvvələri, daha sonra qadının üstünü örtməyə çalışıblar. Döşəmədə oturaraq "şouya" davam edən qadının şəkilləri bir neçə mətbuat orqanında yayılıb.

Bununla yanaşı insidenti başqa səbəblərlə əlaqələndirənlər də var. Bunlardan biri də qadının hava limanı ərazisində siqaret çəkməyə qadağa qoyulmasına etiraz olaraq soyunması göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə