Metroda yatanlar: bu bir xəstəlikdir!

Metroda yatanlar: bu bir xəstəlikdir!

İş yerində, nəqliyyatda, metroda yuxulayır, hətta yatırıq. Bunun bir neçə səbəbi ola bilər. Ancaq normal yuxu yatdığınız halda yuxunuz yenə gəlirsə, belə insanlar böyük ehtimalla narkolepsiya xəstəliyinə tutulublar.

Bu xəstəliyə tutulan insanlar çox vaxt uyğun olmayan yerlərdə, hətta özləri də fərqinə varmadan yuxuya gedirlər. Bu hadisə gün ərzində bir neçə dəfə təkrarlanır. İnsanlar bu yuxudan sonra özünü yaxşı hiss edir, yatıb doyduğunu düşünür. Amma bir neçə saat sonra yenidən onu yuxu aparır. Bəzi insanlar gecə yatdığı vaxt da tez-tez oyanır. Bu, qətiyyən tənbəllik deyil. Bu, bir xəstəlikdir.

Belə insanlarda əzələlər funksiyasını itirir, insanın danışığı başa düşülmür, boyun və dizlərdəki əzələlərin boşalması nəticəsində insan ayaq üstə dura bilmir. Bu hal ürəkdən gülmə, əsəbiləşmə, qəflətən qorxma və ya həyəcanlanma zamanı meydana gəlir. Bu vəziyyət bir neçə saniyədən bir neçə dəqiqəyədək davam edə bilir.

Belə xəstəliyin adətən axırı yuxu iflici olmaqla bitir. Belə ki, bu zaman insan oyandıqda qısamüddətli danışa bilməmək və ya hərəkət edə bilməmək vəziyyəti ilə üzləşir. Bu adətən ətrafdakıları qorxutsa da, təhlükəli bir hal deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə