Dünyada bir çox qeyri-adi qanunlar və adət-ənənələr var. Onlardan ən qəribə hesab etdiklərimizi sizə təqdim edirik.
1.Saqqızın qadağan olunduğu yer
Sinqapurda siz saqqız çeynədiyinizə görə həbsə düşə bilərsiniz. Qanun 1992-ci ildən qüvvəyə minib. Yeganə istisna nikotinli saqqızlar üçündü. Amma bu halda belə, siqareti tərgidənlər retsep almalı və ancaq bundan sonra aptekə yollanmalıdırlar.
2.Meyvə yemək qadağandı
Bruney, İndoneziya və Malaziyada bir çox insanlar fındıqlı qaymaq dadı verən durian adlı meyvəni sevir. Bununla belə , yerli qanunlar bu delikatesi ictimai yerlərdə, o cümlədən avtobus, metro, hotel, aeroportlarda yeməyi qadağan edir. Məsələ burasındadır ki, durian dadı gözəl olsa da, sarmısaq, qoxumuş balıq və kanalizasiya iyinin qarışığı olan üfunətli qoxuya malikdir.
3.Qane eləməsə, sifariş etdiyin yeməyin pulunu vermə
Danimarka restoranlarında belə bir qayda var. Əgər siz sifariş verdiyiniz yeməkdən doymasanız, onun pulunu verməyə bilərsiniz.
4.Sumonun vətənində kökəlmək qadağandır
Yaponiyada kök olmaq qeyri-qanunidir. Baxmayaraq ki, bu ölkədə piylənmə səviyyəsi onsuz da azdır – 5 faizdən də aşağı (müqayisə üçün deyək ki, amerikada bu göstərici 35 faizdir), Yaponiya qanunvericiliyi 2009-cu ildə belin maksimum ölçüsünü müəyyənləşdirib. Kişilərdə bu göstərici 40 yaşdan sonra 80 sm-dən, qadınlarda isə 90 sm-dən yuxarı olmamalıdır. Çox maraqlıdır ki, dünyaya Sumonu məhz bu ölkə hədiyyə edib.
5.Maşını sürməzdən əvvəl altına baxılmalıdır
Danimarkada motoru işə salmazdan əvvəl maşının altına baxmaq vacibdir: orada körpə uşaq yata bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB