Onun barmaq izləri...

Bu gözəl və qeyri-adi rəsmin müəllifi nyu-yorklu rəssam Ann Braundur. Ann digər rəssamlar kimi fırçalardan istifadə etmir. O rəsmlərini barmaq izləri ilə yaradır. 65 yaşlı Braun artıq uzun illərdir ki, barmaq izləri ilə gözəl, qeyri-adi mənzərə rəsmləri yaradır.

Onun rəsmlərindəki axan çaylara, dərələrə, ağaclara baxanda insan onların fırça olmadan çəkildiyinə inana bilmir. Braun mənzərə şəkillərindən əlavə, həm də bir neçə mələk rəsmlərinin də müəllifidir.

Ann əvvəllər digər rəssamlar kimi işləyib. Bir müddət portretlər üzərində işlədikdən sonra 2003-cü ildə o "Simmetrik hadisələr" adlı layihəyə başlayıb. Bu layihə çərçivəsində ilk işi isə bir il sonra sərgilənib. Braun deyir ki, onun işləri mütləq üç qaydada- simmetrik, mücərrəd və xaotik olmalıdır.

Annın işlərindən biri olan "Brilyant tozu" Virginiyada yerləşən Krisler Muzeyində yeddi gün ərzində ziyarətçilərin gözləri qarşısında çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə