Rusiyanın paytaxtı Moskvadakı "Moscow City"də "Avropanın ən yüksək binası" ünvanını daşıyan "Mercury City Tower"in 75-ci mərtəbəsinə çıxan bir qrup adrenalin həvəskarı oradan aşağı tullanıblar.
Məlumata görə, gənclər sözügedən inşaat meydanına girmək üçün həftələrlə məşq ediblər. Nəhayət 5 nəfərdən ibarət dəstə başda kameraları olmaqla texniki vəsaitlərini götürərək, "Mercury City Tower"in tikinti sahəsinə girib.
Gənclər heç kimin diqqətini çəkməmək üçün inşaat işçisi paltarlarını da geyiniblər. 75-ci mərtəbəyə çıxan gənclərdən ikisi paraşütlə təxminən 370 metr yüksəklikdən özlərini aşağı atıblar. Qrupun digər 3 üzvü isə paraşütlə 70-ci mərtəbədən tullanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB