1. Rus Çarı I Aleksandr (12/23/1777 - 11/19/1825)
Aleksandr ölkəni idarə etməyə başladığında olduqca müvəffəqiyyətli idi, ancaq yaşamış olduğu bir çox hadisə onu şübhəsi və paranoyak bir insan halına gətirmişdi. 1825-ci ildə soyuq bir gündə çıxdığı gəzintidə xəstələnib sətəlcəm oldu və həyatla vidalaşdı. Ancaq çoxu buna inanmadı və onun əslində adını Feodor Kuzmizh olaraq dəyişdirərək həyatını sadə bir şəkildə davam etdirdiyini söylədilər. Aleksandrın 1925-ci ildə açılan məzarında isə cəsədinin tapılmaması şübhələri bir az da artırmışdı.
2. Şahzadə Diana (07/01/1961 - 08/31/1997)
Bir ikon halına gətirilmiş Şahzadə Diana əslində İngilis Kral ailəsinin bir üzvü idi. Şahzadə Diananın həyatında mübahisə edilən tək şey yalnız onun niyə və necə öldüyü, ya da öldürüldüyü deyil, ölümündən sonra qucağında bir körpə ilə faytonda görünməsidir. Ancaq 2 milyon yarım insanın iştirakıyla reallaşdırılan cənazə mərasimi bunun əksini söyləyir.
3.Jim Morrison (12/08/1943 - 07/03/1971)
‘The Doors' qrupunun ən tanınan üzvü Jim Morrison 60-cı illərin super-starı idi. Parisə yerləşdikdən sonra həyatında əhəmiyyətli dəyişikliklər olan Morrison eyni zamanda depressiyaya da girmişdi. Duşda ölü olan Morrisona yarılma belə edilməmişdir. Ölüm səbəbi infarkt olaraq göstərilsə də bir çox səbəb də göz qarşısında saxlanılmaqdadır. Bəzi vətəndaşlar Morrisonun ölüm xəbərindən əvvəl onu təyyarə ilə səyahət edərkən gördüklərini söyləyirlər. Aydın olan odur ki, Morrison bəzi şeylərdən qaçmaq istəmiş ola bilər.
4. Adolf Hitler (04/20/1889 - 04/30/1945)
Benito Mussolini ilə eyni taleyə sahib olmamaq üçün kaliy-sianid ilə özünü öldürən Hitlerin cəsədi Magdeburg yaxınlarında dəfn edilmiş şəkildə tapılmışdır. Lakin daha sonra məzardan çıxardılıb külləri Elbe Çayına tökülmüşdür. Araşdırmalar nəticəsində məzardakı adamın Hitler olduğu sübut edilsə də hələ də onun İspanya, ya da Argentinaya qaçmış ola biləcəyi söylənməkdədir.
5. Michael Jackson (08/29/1958 - 06/25/2009)
Siyahıdakı ən yeni ölüm isə popun kralı olaraq adlandırılan Michael Jacksondur. Gerçək ölüm səbəbinin nə olduğu hələ müəyyən olmasa da onu öldü olaraq göstərmək ən doğrusudur. Hələ əlimizə keçməyən yarılma hesabatları və məzarının boş olması səbəbiyə onun ölməmiş ola biləcəyi göz qarşısındadır. Tabutun içinin boş olduğunu söyləyənlər eyni zamanda onun irəlidəki günlərdə bir çevriliş edə biləcəyini də söyləyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB