Gözəl qadınlar buna çox hirslənəcək!

Gözəl qadınlar buna çox hirslənəcək!

Britaniya və İsraildəki alimlərin apardıqları birgə araşdırmanın nəticələrinə görə, gözəl xanımlar çox darıxdırıcı, bezdirici olurlar.

Britaniya Açıq Universitetinin (Open University in Britain) professoru Lihi Seqal-Kaspi və Qüdsdəki Hebru Universitetinin (Hebrew University of Jerusalem)professoru Lilak Saqivin apardıqları araşdırmanın nəticələrinə görə, gözəl qadınlar özləri üçün müəyyənləşdirdikləri nizamı, həyat orientirləri və yaşam modelinə çox ciddi riayət edirlər.

Saqiv deyib ki: "Gözəl olmayan insanlar daha sərbəst, azad, səmimi həyat yaşayırlar. Bu səbəbdən də gözəl qadınlar həyatdan kam almağı bacarmır, gözəlliklərinin qurbanlarına çevrilirlər. Çox gözəl qadınlar bir qayda olaraq yalnız özlərindən danışmağı və bəhs olunmasını sevir, soyuq və eqoist olurlar".

Professor Seqal-Kaspi isə kişilərə məsləhət görür ki, qadınların gözəlliyinə aldanmasınlar: "Unutmayın ki, qara zeytun qramla satılır, ağ qar isə kürəklə atılır. Həyat yoldaşını yalnız zahiri gözəlliyə görə seçən kişilərin sonradan çox pərişan olmaları artıq təsbit edilmiş faktdır".

Bütün xəbərlər Facebook səhifəmizdə