Qısqanclığın zərərləri

Qadın kişi münasibətində ən təhlükəli duyğulardan biri də qısqanclıqdır. SİA-nın verdiyi xəbərə görə, qısqanc insanlar üçün bu normal sayılsa da, bəzi insanlar tərəfindən bu hiss anormal sayılır. Qısqanclığın əsas səbəbləri özünə inamsızlıq, qarşısındakına inanmamaq və qarşısındakını itirmək qorxusudur. Həddindən artıq qısqanclıq ən çox kişilərdə nəzərə çarpır. Kişilər qısqandıqları qadının tez-tez telefonunun mesaj qutusunu yoxlayır, dostları ilə görüşməsinə çox icazə vermir və bəzən lap çox qısqanclıqla qarşısındakı qadına əl də qaldıra bilir. Qısqanılan şəxs isə bundan çox narahat olur. Münasibətin ilk vaxtlarında bu qısqanclıq ona şirin gəlsə də, bu halın getdikcə daha da ciddiləşməsi və çoxalması qısqanılan insanı yorur. Dərdini, fikirlərini qarşısındakı ilə bölüşə bilmədikdə isə ayrılmağa səbəblər axtırır və beləcə qısqanan şəxsin qorxuları özünü doğruldur.

Nəzərinizə çatdıraq ki, münasibətlər hər iki tərəfin bir-birinin həyatına və işlərinə çox qarışmadığı halda daha uzun müddətli olur. Əsas olan hər kəsin şəxsi həyatına hörmət etməkdir. İnsanın sevdiyini itirmək qorxusu normal haldır. Bir-birini sevən insanların qarşılıqlı qısqanclığı şirin duyğudur. Ancaq həddindən artıq qısqanclıq çox sevməkdən yaranan hiss deyil. Bu ən çox özünə və qarşısındakına inamsızlıqdan irəli gələn hissdir. Sağlam münasibətlərdə cütlüklər bir-birilərinin maraqlarına, istəklərinə dəyər verirlər. Çox qısqanclıq hər iki tərəf üçün çətin və ziyanlı bir hissdir.

Bütün xəbərlər Facebook səhifəmizdə