İsveçrəli elm adamları tibb tarixində ilk dəfə qaraciyər nəqli ilə ürək əməliyyatını eyni vaxtda ediblər. SİA-nın verdiyi məlumata görə, Sürix Universitet Xəstəxanasının həkimləri 22 yaşlı xəstənin qaraciyərində "tülkü tenyası" adı verilən parazitin yerləşməsi nəticəsində şişin yaranması ilə əlaqədar əməliyyat aparıblar.
Xəstəliyi aprel ayında məlum olan şəxsin qaraciyərində 10 sm diametrində olan şişin şah damara, diafraqmanın və ürəyin bir hissəsinə yayıldığını deyən həkimlər əməliyyat zamanı donordan alınan qan damarlarını xəstəyə nəql ediblər. Nəticədə xəstənin ürəyinin bir hissəsinin fəaliyyəti yenidən bərpa olunub.
Eyni zamanda ikinci qrup həkimlər, digər əməliyyatxanada xəstənin qardaşının qaraciyərini götürərək ona nəql ediblər. 11 saat davam edən əməliyyatda 20-dən çox mütəxəssisin iştirak etdiyi bildirilib. Əməliyyatdan sonra xəstənin vəziyyətinin yaxşı olduğu açıqlanıb.
Qeyd edək ki, belə bir əməliyyat dünyada ilk dəfə edilib.
Yeganə Süleymanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB