Hamı yeni il gecəsini səbirsizliklə gözləyir, lakin məhz bu gecə ürəyinizdə olan arzuların həyata keçməsi üçün nə etməli olduğunuzu bilirsinizmi?
Məhz ilin sonuncu günü gələn ildə arzularınızın həyata keçməyi üçün bir vərəq və bir qələm götürün. Qələmlə vərəqin ortasından xətt çəkin. Sonra düşünün: ən çox hansı arzunuzun həyata keçməyini istəyirsiniz? Bundan sonra xəttin bir hissəsinə arzularınızı, digər hissəsinə isə həyatınızda xoşunuza gəlməyən nə varsa onları yazırsınız. Yazıb qurtardıqdan sonra ortadan çəkdiyiniz xətt boyunca vərəqi iki yerə ayırın. Xoşagəlməz hissəni cırın və atın. Arzularınız olan hissəni isə ya şəkil albomunuza, ya da sevdiyiniz bir kitabın arasına qoyun. Həyatınızın necə dəyişdiyinə özünüz şahid olacaqsınız.
Əgər yeni ildə evinizin bərəkətinin artmasını istəyirsinizsə onda qurduğunuz şam ağacının budaqlarının üstünə pullar qoyun. İlin bərəkətli olması üçün şam ağacının üstündən meyvə, konfet, marmalad asmaq lazımdır. Şam ağacından asılmış konfetin "dərilib" yeyilməsi ruzunun ilboyu artmasına səbəb olur. Əgər səhhətinizin düzəlməyini istəyirsinizsə, şam ağacından əsasən ağ oyuncaqlar asın, əgər gələn ildə məhəbbət payınızı tapmaq istəyirsinizsə onda ağacı qırmızı oyuncaqlarla bəzəyin.
Yeni il gecəsi cibinizə mütləq pul qoyun. Hətta yaxşı olardı ki, yanvarın 1-i səhər yuxusundan durduqda üzünüzü pulla silin.
İlin ilk dəqiqələrində bir oğlan uşağının başını sığallayın və ya ilk olaraq bir kişini təbrik edin. Deyilənə görə, bu sizin ilboyu hər yerdə uğur qazanmağınıza kömək edəcək.
İlin ilk günü iş görmək, ev yığışdırmaq olmaz. Onda ilboyu fasiləsiz işləyəsi olarsınız.
Əvvəlcədən buğda alın. Gecə saat 12 tamam olanda buğdaları bir-bir yerə ataraq deyin: "Qoy birdən on yaransın, ondan yüz yaransın, yüzdən min yaransın, beləcə mənim də pulum çoxalsın, evimə pul axsın". Səhəri gün onu yığmayın, yalnız ayın 2-si yığın və qırmızı bir dəsmalla bükərək saxlayın. Yazda isə onu cücərdin və yenidən buğdasından yeni il gecəsi istifadə etmək üçün götürün.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB