Uşaqlar çox həssas olmaqla yanaşı, çox qorxaq olur. Onlar tanımadıqları insanlardan, qaranlıqdan, heyvanlardan, şimşəkdən və başqa şeylərdən qorxurlar. SİA-nın verdiyi xəbərə görə, bu cür qorxular müxtəlif yaş dövrlərində və xüsusi şəraitdə özünü büruzə verir. Misal üçün iki yaşlı uşağın uca səslərdən qorxması tez-tez müşahidə olunur. Uşaq böyüdükcə və həyat təcrübəsi artdıqca bəzi qorxular aradan qalxır. Lakin başqa qorxu amilləri əvvəlkini əvəz etməyə başlayır. Qaranlıqdan qorxmaq uşaqlar arasında ən geniş yayılmış qorxulardan biridir. Bu qorxu növü iki-üç yaş arası uşaqlarda əmələ gəlir və özünü müxtəlif formalarda büruzə verir.

Uşaq yuxuda qorxursa nə etməli?

1. Uşaq yuxuda qorxursa qorxunun səbəbini araşdırın və bu məsələyə yüngül yanaşmayın.

2. Heç vaxt uşağı qoruxduğu üçün danlamayın, tənbeh etməyin. Həmçinin onu lağa qoymayın.

3. Bəzi oyunlar vasitəsilə (misal üçün gözü bağlı bəzi əşyaları axtarmaq və s, sonralar isə bu işi qaranlıqda eməklə) uşaqdan qorxunu azaldın.

4. Əgər uşaq nədənsə qorxmadığını iqrar edərsə, onu hədiyyə ilə sevindirin.

5. O, əşyalar ki, qaranlıqda qorxunc şəklə düşür, onları uşağın gözü qabağından qaldırın.

6. Gecələr gecə çırağından istifadə edin.

7. Uşağı tərbiyə etmək üçün onu nələrləsə qorxutmayın.

8. Uşağı qorxulu film, nağıl və oyunlardan uzaqlaşdırın.

9. Ehtiyac olarsa, bu haqda mütəxəssislərlə məsləhətləşin.

Bütün xəbərlər Facebook səhifəmizdə