Dərmanları necə qəbul etməliyik?

Dərmanları necə qəbul etməliyik?

Alimlərin apardığı tədqiqata əsasən dərmanları əzmədən istifadə etmək lazımdır. SİA-nın verdiyi xəbərə görə, mütəxəssislər deyir ki, həkim məsləhəti olmadan kapsulları da açaraq, içmək təhlükəlidir. Çünki, bəzi dərmanlar əzildikdə havayla reaksiyaya girərək, zəhərə çevrilir. Mütəxəssislər kapsulların içini açıb, suya qataraq, içməyi də qadağan edib.

Alimlərin sözlərinə görə, dərmanlar əzərək istifadəsi zamanı zəhərə çevrilməsə belə mədəyə zərər verir və bundan əlavə əvvəlki kimi effekt vermir. Aparılan tədqiqatlarda xəstələrə verilən zədələnməmiş dərmanların əzilmiş dərmanlardan daha çox fayda verdiyi məlum olub. Bu səbəbdən də mütəxəsislər həkim məsləhəti olmadan dərmanları əzərək istifadəsini qadağan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə