Adi yaşıl çay kişilərin yaddaşına və qavrayışına yaxşı təsir edə bilər. SİA-nın verdiyi xəbərə görə, tədqiqatlar nəticəsində məlum olub ki, çay kişi beyninin daha səmərəli işləməsinə kömək edir.
Tədqiqatçılar 12 sağlam könüllü üzərində nümunələr aparıblar. Birinci qrup insanlar yaşıl çay ekstraktından istifadə ediblər. İkinci qrup insanlar isə çay içməyiblər və nəzarət altında saxlanılıblar. Təcrübədə iştirak edən adamlara 1-2 fincan çay verilib. Daha sonra onları beyin tomaqrafiyasından keçiriblər.
Testin nəticələrinin təhlili göstərib ki, birinci qrup insanlarda beynin fəaliyyəti ikinci qrupa nisbətən daha aktiv olub. Bazel Universitet Hospitalından Stefan Borqvardtın bildirdiyinə görə, bunun sirri polifenolardadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB