Amerikalı alimlər avtomatlaşdırılmış əlin düşüncənin gücü ilə idarə edilməsinə nail olublar. SİA xarici mətbuata istinadən xəbər verir ki, boyun nahiyəsindən aşağı hissəsi tamamilə iflic olmuş 53 yaşlı Cen Şoyermann qurğunu sınaqdan keçirib. Qadın 2 günlük təcrübədən sonra əlini idarə edə bilib, lakin protezi mükəmməl səviyyədə idarə etmək üçün ona təxminən 14 həftə lazım olub.
Robot əllərin idarə edilməsində beyin qabığının avtomatlaşdırılmış sahəsinə implantasiya edilmiş 4×4 millimetr ölçüsündə datçikdən istifadə olunur. Bu datçiklər əmrləri protezin "anladığı" siqnallara çevirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB