İngiltərədə yeni tapılan mistik rəsm əsəri bütün diqqətləri öz üzərinə çəkib
İngiltərədə yeni tapılan mistik rəsm əsəri bütün diqqətləri öz üzərinə çəkib. Londondakı Qarden muzeyində saxlanılan əsər 1905-ci ilə aiddir.
Nüfuzlu "The Guardian" qəzetinin yazdığına görə, Qarden muzeyində bağbanların yüzlərlə tarixi şəkilləri saxlanılır. Muzeyin direktorunun sözlərinə görə, bu şəkillərdəkilərin böyük əksəriyyəti "biraz incik və qüssəlidir", ancaq onların heç biri qaradərili deyil. Yenicə aşkar edilmiş bu rəsm əsərindəki qaradərili yaraşılıqlı oğlan əlindəki belə söykənərək, gözlərini uzaqlara zilləyib. Bu rəsm əsəri təkcə bu muzeydə deyil, bütün Böyük Britaniyada incəsənətində yeganədir.
Qara bağban (orijinal adı "Zənci bağban"dır) rəsm əsəri 1905-ci ildə Herold Gilman tərəfindən çəkilib. Fərasətli bağban, həm də rəssam olan Gilman Hertfordşirdəki Leçvorsda yaşayıb. Bura 19-cu əsrdə Britaniyada yaradılan dünyanın ilk bağ şəhərciyi idi.
Qarden muzeyinin direktoru Kristofer Vudvard rəsmin mövzusunu "qəhrəmanlıq nümunəsi" kimi xarakterizə edir. Vudvardın fikrincə, rəsmdəki şəxsi qul saymaq olmaz, ancaq onun paltarı da dəbli deyil, bu rəsm tapmacadır.
"Biz güman edirik ki, o modeldir, çünki ayaqyalın şəkildə yeri belləmək Britaniya iqliminə xas deyil, bəlkə də o kiminsə tabeliyində çalışan bağban idi, biz hələ ki, onun haqqında çox şey bilmirik. Biz istərdik ki, onun şəxsiyyətini bilək, ümid edirik ki, muzeyi ziyarət edənlər bu məsələdə bizə yardımçı ola biləcəklər".
Rəsm əsəri uzun müddət rəssamın ailəsində saxlanılıb. Sonradan onu restavrator Peter Lanqan alıb və 1970-ci ildə öz restoranındakı divardan asıb. Bu restorandakı rəsm əsərləri keçən həftə "Christie" hərrac evində satışa çıxarılıb. Qaradərili şəxsin bu mistik portreti isə hərracda rekord qiymətə – 127.000 funt sterlinqə satılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB