Avropa Birliyinin EADS aviakorporasiyasının tərkibindəki "Airbus" konserni gələcəyin futuristik sərnişin təyyarəsinin hazırlanmasına başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 2050-ci ildə istifadəyə veriləcək təyyarənin damı və yan divarları nəhəng, aynabəndi xatırladan şüşələrdən ibarətdir.
Aviakonstruktorların "vitalisinq" adlandırdıqları bu zonalar sərnişinlərə panoramalı görüntüləri təmin edəcək. Bu təyyarədə oturan sərnişinlər ətrafda olanları görə biləcəklər. Təyyarənin oturacaqları və döşəməsi "şəffaf dəri" adlanan xüsusi materialdan hazırlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB