Dünya rekordu yeniləndi - 641 nəfər eyni anda...

Dünya rekordu yeniləndi - 641 nəfər eyni anda...

Taylandın paytaxtı Banqkokda maraqlı bir aksiya həyata keçirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 641 masajist eyni anda 641 adamı masaj edərək "Ginnesin rekordlar kitabı"na düşüb. Masaj prosesi 12 dəqiqə çəkib.

Xatırladaq ki, bu günədək rekord avstraliyalılara məxsus olub. 2010-cu ildə 236 masajist eyni vaxtda bu işi həyata keçirib. Taylandın Səhiyyə Nazirliyi masaj və SPA turizmini canlandırmaq üçün bu addımı atdığını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə