1865-ci ildə finlandiyalı mühəndis Fredrix İdestam Finlandiyanın cənub sahilində kiçik bir kağız fabriki açır. Bir müddət sonra isə fabrik qaloş və rezinlərin istehsalı ilə məşğul olmağa başlayır.
SİA xarici mətbuata istinadən xəbər verir ki, Nokia brendi altında qaloş və rezinlər tezliklə Avropa, hətta Rusiyada çox məşhurlaşır. Müharibədən sonra isə Nokia şirkəti kabel istehsalı ilə daha da təkmilləşir və rabitə sahəsində brend markalardan biri olur.
1990-ci ilin əvvəllərində Finlandiyada iqtisadi böhran başlayır və Nokia həmin ərəfədə mobil rabitəyə böyük sərmayə gətirir.
Bütün xəbərlər Facebook səhifəmizdə