Sizi təəccübləndirən faktlar

Yaşadığımız həyatda özümüzlə bağlı bilmədiyimiz maraqlı faktlar var. Odur ki, bilmədiyiniz və sizi təəccübləndirən məqamları SİA oxucularına təqdim edirik:

1. İnsan əlində ən gec uzanan dırnaq baş barmaqda olur, ən sürətli isə orta barmaqda.

2. Hindistanın qədim adətinə görə dul qadın özünü yandırarmış.

3. 2-ci Dünya müharibəsi zamanı alman kəşfiyyatının başçısı Kanarsi Avropa restoranlarına yalnız kar qadınları işə götürməyi əmr edib.

4. İngiltərədə 1824-cü ilə qədər aktyorları rəsmi olaraq "avara" adlandırırdılar.

5. Zəncirbənd (zamok) ilk dəfə ayaqqabıda istifadə olunmaq üçün nəzərdə tutulub.

6. Ən təhlükəli peşələr: kosmonavt, polis, futbolçu və balıqçılıq hesab olunur.

7. Kembric universitetində riyaziyyat fənnindən pis qiymət alan tələbəyə taxta qaşıq verirlər.

8. Braziliyalılar futbolda təsadüfi qolu "cücə" adlandırılar

9. Malta Respublikasında 2 telekanal var.

10. Karnaval sözünün mənası "ətdən imtina etmək" mənasını verir.

11. İnsanların ölmüş adamları yuxuda görməsinin səbəbi yatarkən insan beyninin məntiq hissəsinin fəaliyyətini dayandırması, emosiya və duyğular olan hissəsinin isə fəaliyyətdə olmasıdır.

12. Nyu-Yorkun telefon şirkətlərinin apardığı tədqiqatlara görə, insanlar telefonla danışarkən ən çox "mən" sözündən istifadə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə