Uzun müddət qoxusu qalsın deyə kişilər ətiri necə istifadə etməlidirlər? Bunu üçün sizə bir neçə faydalı məsləhət verək:
Odekalonu ürəyiniz tərəfə, biləyinizə, qulaqlarınızın arxasına vuraraq istifadə edin. Yəni bədəninizin o hissələrinə vurun ki, hansı ki, orda ürəy döyüntülərinizi hiss edirsiniz. Bu döyüntülər dərinizə təsir edərək ətirin qoxusunu gücləndirir. Əyər özünüz öz ətrinizin qoxusunu daim hiss edirsinizə,deməli həddi aşmısınız. İki basma istifadə edin.
Ətirləri qətiyyən qarışdırmayın. Yəni dezodorant, odekalon və ətir. Gün ərzində bu vasitələrdən yalnız birini seçərək istifadə edin.
Dəriniz yağlıdırsa, gün ərzində bircə dəfə ətir istifadə etmək sizə yarayacaq. Çünki yağlı və nəmlənmiş dəri ətir qoxusunu özündə uzun müddət saxlayır. Əyər dəriniz qurudursa o zaman gün ərzində mütəmadi olaraq ətirdən istifadə edin.
Yatağınıza sevdiyiniz ətri səpin. Bu tez bir zamanda yuxuya getmənizə və səhər olduqca gözəl əhvalla yuxudan oyanmanıza səbəb olacaq.
Ətirlərinizi mövsümlərə görə dəyişin. Yayda yüngül, qışda isə tünd qoxulu ətirlərdən istifadə edin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB