Ukraynanın Droqobıç şəhərinin 12 yaşlı sakini Artur Pokos ən uzun saçlı uşaq kimi Ginnesin Rekordlar Kitabına düşmək istəyir. SİA xarici mətbuata istinadən xəbər verir ki, onun saçının uzunluğu 104 santimetrdir.
Mən şadam ki, başqalarından seçilirəm. Saçlarım uzun olsa da, mənə mane olmur. Yalnız bir narahatçılığım var - saçlarıma görə sinifdə axırıncı partada oturmalı oluram, çünki hamı mənim hörüklərimdən dartır".
Artur saçlarını həftədə bir dəfə uşaq şampunu və çobanyastığı dəmi ilə yuyur. Hər saçını yuyanda ona 2 ədəd şampun tələb olunur. Onun "hörükləri" 12 saata quruyur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB