"Dünyanın sonu"nda nə baş verəcək?

"Dünyanın sonu"nda nə baş verəcək?

21 dekabr 2012 tarixi yaxınlaşdıqca bu mövzudakı xəbərlərin də sayı artır. Hamı həmin gün konkret nələr baş verəcəyini maraq edir. Məsələn, səhər oyananda bizi nə gözləyir? Günorta nə baş verəcək? Axşama doğru nələr olacaq və sair. Biz də dünya mətbuatında gəzişdik və 7 gün sonra açılacaq sabahda insanları nələrin gözləyə biləcəyi ilə bağlı xəbərləri toparladıq. Öncə ondan başlayaq ki, sözügedən tarixdə dünya qalaktikası sıfır xəttindən keçəcək. Bu isə heç bir enerjinin yayılmadığı, elektromaqnit sahələrinin olmadığı və bütün cisimlərin durğunluğa uğradığı bir mühit yaradacaqmış. Rusiya mətbuatı yazır ki, dünyada bir neçə dəqiqə ərzində aşağıdakı hadisələr baş verəcək:

1. Tam qaranlıq çökəcək.

2. Tam səssizlik olacaq. İşıq, elektrik, rabitə, səs - hamısı yox olacaq.

3. Bu qaranlığın içində, kosmosdan göylərdə bir qarmaqarışıqlıq müşahidə ediləcək. Bir neçə gün sonra işıq partlamaları başlayacaq. Bu da üç-dörd gün davam edəcək. Qorxmağa və özünü incitməyə ehtiyac yoxdur. Hər kəs özünü buna hazırlamalıdır.

4. Sonra Günəş işığı yenə görünəcək. Dünya görünən olacaq və hər şey köhnə halına qayıdacaq. Heyvanlar kosmos qaranlığını əvvəldən hiss edəcəklər və deşiklərə girəcəklər. Önəmli məsləhətlərdən biri həmin vaxt qarışqaları təqib etmək imiş.

5. Hər kəs bu hadisəyə hazır olmalıdır. Bunun üçün də 2012-ci ildə işlərini bitirməli, yeni işlərə başlamamalı, borclarını ödəməliymiş.

6. 20.12.2012-də uşaqları, pul və sənədləri götürərək şəhərlərdən uzaqlaşmaq, daha çox təbiətə çıxmaq lazımdır. İki aylıq bir ərzaq hazırlanmalıdır. Çünki elektriklər uzun müddət dövrəyə girə bilməyəcəkmiş. Evə bol miqdarda su alınmalı, odun və şamlar hazırlanmalıymış. Evdə bir ocaq hazır olmalıdır. Çünki elektrikin kabellərdən axışı 21.12.2012-ci ildə dayandırılacaqmış. Başda televiziya və telefon olmaq üzrə heç bir şey işləməyəcəkmiş. Qaranlıq günlərdə pəncərələr qalın qara örtüklərlə örtülməli, onlara baxılmamalı, gözün gördüyü, qulağın eşitdiyinə inanılmamalı, küçəyə çıxılmamalıymış. Məcbur qalanda çox yaxın məsafələrə çıxıla bilərmiş.

7. Günəş işığı aydınlandıqdan sonra şəhərlərə qayıtmağa tələsməyin. İmkan varsa, yaza qədər təbiətdə qalmaq məsləhət görülür. Dünyanın "sıfır xətt"dən çıxışı 7 fevral 2013-cü ildə gözlənilirmiş. O zaman elektrik enerjisi hissə-hissə verilməyə başlanacaqmış. İctimai nəqliyyat vasitələri də fəaliyyətə məhz həmin vaxt başlayacaqmış. Martın sonunda dünya tamamilə köhnə halına gələcəkmiş. Qatarlar, təyyarələr fəaliyyətini bərpa edəcəkmiş.

8. Dünyanın bütün dövlətləri, fərqli qaynaqlardan "sıfır xətti" haqqında məlumatlar alıblar. Amma bundan qorunmaq və ya xalqları buna hazırlamaq indiki halda qeyri-mümkün görünür. Çünki həmin vaxt heç bir şey işləməyəcək və sistemi bərpa etmək mümkün olmayacaq.

9. Dünyanın "sıfır xətt"inə keçişindən sonra insanların fikirləri və həyatları dəyişəcəkmiş.

National Geographic Channel’ın populyar serialı olan "Qiyaməti gözləyənlər"də məhz bu barədə danışılır. Bir neçə aydır nümayiş edilən serialda bu günə hazırlaşma qaydalarından bəhs olunur. Həmin hazırlıqlardan bir neçəsini sizin nəzərinizə çatdıraq. Serialın bu bölümündə Paul Range və həyat yoldaşı Gloria doqquz konteynerdən istifadə edərək bir ev inşa edirlər. Həmin evin altında 23,000 kilodan artıq qidanı və 14.000 litr suyu özündə saxlayan beton bir anbar da var.

Əsas iddialar 2012-ci il, dekabrın 21-də Yer kürəsində bütün canlıların məhv olacağı ilə bağlıdır. Bəziləri isə bu cür proqnozların səbəbi kimi 10-cu planet hesab olunan Nibirunun hər 3657 ildən bir Yer kürəsinin yaxınından keçərkən dünyaya müxtəlif fəlakətlər gətirməsini göstərir. Bu planetin Yer kürəsinin yaxınından növbəti keçidi isə 2012-ci ilə təsadüf etdiyindən bu ilin dünyanın son ili olmasına sübut kimi qədim Mayya tayfalarının təqvimi əsas gətirilir.

Bu qənaətə gəlməyə səbəb isə Meksikanın Kamalkalço şəhəri yaxınlığında tapılan və Mayya tayfalarına məxsus olan 1300 il yaşlı daş kitabənin üzərində 2012-ci il, dekabrın 21-nin dünyanın sonu kimi göstərilməsidir. Oxşar daş kitabə Meksikanın Tortuquero adlı bölgəsində də tapılıb. Mayyalılar onu iddia edir ki, Günəş və Ayı da nəzərə alsaq, 11 cisim var. 12-ci cisim isə Nibiru planetidir. Versiyalara görə, Nibiru planetini 21 dekabr, 2012-ci ildə göy üzündə yalnız Şimal yarımkürəsində görmək mümkün olacaq. Obyekt Yer kürəsindən 1 iyul, 2014-cü ildə uzaqlaşacaq. Lakin bəzi ekspertlər hesab edir ki, bu qeydlər mayyalıların təqviminə görə yeni eranın başlanğıcıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə