Bütün mqqəddəs kitablarda adına rast gəlinən Nuh Tufanı ilk dəfə elmi baxımdan sübut olundu.Titaniki tapan sualtı araşdırmaçı Robert Ballard bildirib ki, Nuh Tufanının həqiqətən baş verdiyini sübut edən dəlillər tapıb. Kolumbiya Universitetindən olan iki alimlə Qara dənizdə araşdırma apardıqlarını deyən Ballard bu ərazidə tufana aid dəlillər tapdığını bildirib.
Araşdırmaçı bildirib ki, təxminən 12 min il əvvəl dünyanın əksər hissəsi buzla örtülü olub. Eradan əvvəl 5600-cü illərdə istiləşmə başlayıb və buzlar əriməyə başlayaraq bütün dünyanı sel suları basıb. Şirin su ilə dolu olan Qara dəniz okeanların suyuna qarışıb və duzlu su ilə dolub.
Ballardın fikrincə böyük tufanda okeanlarda suyun səviyyəsi qalxıb və ən azı 300 gün ərzində Qara dənizin yerləşdiyi əraziyə axıb, nəticədə bu günkü Qara dəniz yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB