Səhər saatlarında yerə ən parlaq ulduz axını olub.Rusiya mətbuatının xəbərinə görə, yerli vaxtla təxminən səhər saat 4-ün yarısında bir saat ərzində 120 meteorun düşməsi əsl ulduz leysanını xatırladıb. Astronomların sözlərinə görə, bu ulduz yağışını Rusiya, Avropa və Çin ərazisindən görmək mümkün olub, bir şərtlə ki, səma təmiz olsun.
Adətən meteorit yağışı kometin yaranması ilə əmələ gəlir. Əfsanəyə görə, kometin "ata"sı Hemenid-Faeton astreoid hesab olunur. Əfsanəyə görə, nə zamansa Faeton çiçəklənən planetin tərkib hissəsi olub və digər bir planet Nibiru tərəfindən parçalanıb.
Onun barəsində daha bir rəvayət də var ki, o dekabrın 21-də Yer kürəsini məhv edəcək.
Nibiru Günəş sistemində mifik planetdir. Şumer yazılarında Nibiru 12-ci planet kimi təsvir olunur. Qədim Şərqin bir çox xalqların mifologiyasında da Nibiru planeti ilə rastlaşmaq olar. Bu planet Mars və Yupiter arasında 3600 ildir ki, görünür. Ezoterik mülahizələrə görə, o, dünyanın sonunun simvolu hesab olunur və 2012-ci ildə görünəcəyi ehtimal olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB