Bal yaddaşı gücləndirir

Balın qidalandırıcı xüsusiyyəti, həzmi tələb etmədən dərhal qana keçib enerji təmin etməsindədir. Bu səbəblə zəif və iştahsız şəxslərin enerji ehtiyaclarının asanca ödəniləsi üçün yaxşı əvəzolunmaz qidadır.

Baldan istifadə insanlarda yaddaşın güclənməsinə səbəb olur. Yeni Zellandiya alimlərinin fikrincə, bal insanlarda narahatlıq hissinin aradan qaldırılmasına və yaddaşın yaxşılaşdırılmasına köməklik edir. Bu qənaətə alimlər apardıqları təcrübələrdən sonra gəlib.

Qeyd edək ki, siçanlar və gəmiricilər üzərində aparılan təcrübə zamanı məlum olub ki, baldan istifadə edən gəmiricilər, şəkər yeyən siçanlardan daha təcrübəli, düşüncəli və ağıllı davranmağa başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə