İnsanın rəqs etmək qabiliyyəti onun beynində olan maddə ilə bağlıdır. SİA-nın məlumatına görə, İngiltərənin Oksford Universitetində aparılan araşdırmalar rəqsin sirrinin beyində gizli olduğunu üzə çıxarıb.
Bu maddənin adı GABA-dır. Maddənin səviyyəsində baş verən artım və enmələr insanın rəqsi tez və ya gec öyrənməsinə təsir edir.
Araşdırmada könüllülər iştirak ediblər. Onlardan 10 rəqs hərəkətini təkrar etmək rica olunub. Könüllülərdən bir neçəsi hərəkətləri asanlıqla öyrənsə də, bəziləri onları qavramaqda çətinlik çəkib. Daha sonra onların beyin tomoqrafiyaları (MR) çəkilib. MR-da hərəkətləri ən asan öyrənən qrupdakıların beynində GABA səviyyəsində sərt azalmalar müşahidə edilib. Nəticələrə görə, GABA-nın yüksək göstəricisi öyrənmək qabiliyyətini yavaşladır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB