Dünya xalqlarını nə ilə təəccübləndirə bilərlər? MARAQLI

Dünya xalqlarını nə ilə təəccübləndirə bilərlər? MARAQLI

Hələ qədimlərdən etibarən, insanları uzaqlarda, üfüqlərdən o yanda nələrin olması, ölkələrindən kənarda, materiklərindən kənarda nələrin baş verməsi çox maraqlandırıb. Vaxt ötdükcə, xəritədə ağ ləkələrin azalması baş verirdi. Buna baxmayaraq, bəşəriyyəti hər zaman yeni-yeni üfüqlərin fəthi maraqlandıracaq. Hətta kəşf olunmuşlar haqqında maraqlı məlumatlar da diqqətdən kənarda qalmayacaq.

- Alyaskanın bayrağını 13 yaşlı bir uşaq tərtib edib.

- Kapitan Kuk, Antarktidadan başqa dünya kontinentlərinin hər birinə birincı olaraq ayağı dəymiş insandır.

- Birləşmiş Millətlər Təşkilatının 6 rəsmi dili var. Bunlar: ingilis, fransız, ərəb, çin, rus və ispan dilləridir.

- Nil çayı 2 dəfə buz bağlayıb. 9 və 11-ci əsrlərdə.

- Ingiltərə kitabxanalarında ən çox oğurlanan kitab - Ginnesin "Rekordlar" kitabıdır.

- Qərbi-Afrikadan olan Mata qəbiləsi futbolu insan kəlləsi ilə oynayırlar.

- Monakonun milli orkestrının üzvlərinin sayı onun ordusunun sayından çoxdur.

- Saxara səhrasına bir dəfə qar yağıb, o da 1979-cu ilin fevralın 18-də.

- Eskimosların dilində qarın 20 cür adı var.

- Vatikan 1983-cü ildən bu yana uşaq doğumu qeydə alınmayan yeganə dövlətdir.

- Qədim Romada cərrahiyə əməliyyatı vaxtı xəstə dünyasını dəyişsəydi, əməliyyat edən cərrahın əllərini kəsərdilər.

- Kanada ərazi baxımından Çindən böyükdür, Çin isə ABŞ- dan böyükdür.

Bütün xəbərlər Facebook səhifəmizdə