Daha bir təbiət möcüzəsi

İslandiya adası vulkanların püskürməsi nəticəsində əmələ gələn və özünəməxsus ekzotik təbiətə malik ölkədir. Vulkanların sayına görə, bu ölkə dünyada birinci yeri tutur. SİA xarici mətbuata istinadən xəbər verir ki, orada vulkanlar yer səthinə çox yaxın məsafədə yerləşir. Bu da öz növbəsində, torpağın səthinə yaxın hissədə, yer altında qaynar göllərin əmələ gəlməsinə səbəb olur.

Bəzi yerlərdə qaynar sular fontan vuraraq yer səthinə çıxır. Buxar və isti su boruları ilə evlərə paylanılan təbii qaynar qeyzerlər ilboyu İslandiyadakı şəhərləri istiliklə təmin edir.

Bütün xəbərlər Facebook səhifəmizdə